Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

“Rəqəmsal jurnalistika” təlimlərinə başlanıldı – Şəkil

Tarix: 23-01-2023 15:25     Baxış: 3282 A- / A+



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb.
Manevr.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Açılış nitqi ilə çıxış edən MEDİA Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır.
“Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimlərdə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson çıxış edib.
O, iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Yanvarın 26-na qədər davam edəcək “Rəqəmsal jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Manevr.az

    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar