Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası Elçin Əhmədovu təltif edib

Tarix: 24-12-2022 14:38     Baxış: 3282 A- / A+

Mətbuat Şurası Elçin Əhmədovu təltif edib


Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədovla görüşüb. Manevr.az-ın məlumatına görə, qonağı salamlayan MŞ sədri bildirib ki, E.Əhmədovun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini, xüsusən, Şuşa şəhərinin Azərbaycan tarixindəki rolu barədə tədqiqat əsərlərini, çoxsaylı fundamental əhəmiyyət daşıyan məqalələrini yalnız elmi çevrələr deyil, bütövlükdə ictimaiyyət yüksək qiymətləndirilməkdədir.
 
Şura sədri bu fəaliyyətin nəinki ölkə mediası tərəfindən maraqla izlənildiyini, habelə, xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, E.Əhmədovun elmi yaradıcılığı jurnalistlərimiz üçün xalqımızın mənəviyyat dünyası olan Şuşa şəhəri ilə bağlı mühüm istinad mənbəyidir. R.Məcid alimin “Şuşa ili”ndə gördüyü işlərin vacibliyinə toxunub, onun media ilə sıx təmaslarının faydalılığını əsaslandırıb.
 
MŞ sədri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə E.Əhmədovun rəhbərlik etdiyi qurum tərəfindən təltif edildiyini diqqətə çatdırıb. O, Şuranın diplomunu professora təqdim edib.
 
Professor E.Əhmədov yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mədəni irsinə dair faktların mediada işıqlandırılmasının xüsusiyyətlərinə dair geniş fikir mübadiləsi də aparılıb. E.Əhmədov mövcud istiqamətdəki təcrübəsindən söz açıb.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar