Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyində görüş keçirilib - ŞƏKİL

Tarix: 13-12-2022 14:49     Baxış: 4337 A- / A+


IMG
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə həyata keçirdikləri AİDA proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Yaxın Şərqdə Sülh Mədəniyyəti Bölməsinin direktoru və Əmman Yerli İdarəetmə Nazirliyində İordaniya Baş Nazirinin müavininin media üzrə müşaviri Mohammad Saleh Abdullah Al-Malkawi ilə görüşüb. 

Manevr.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsində həyata keçirilən islahatların gedişatı,Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, sahəvi jurnalistikanın inkişafı ilə bağlı həyata keçirilən təlimlər barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Görüşdə Mohammad Saleh Abdullah Əl-Malkavi media sahəsində əməkdaşlıq formatlarının inkişaf etdirilməsinin və əlaqələrin gücləndirilməsi üçün birgə layihələrin icrasınınəhəmiyyətini qeyd edib.
Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar