Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB Səbuhi Məmmədlinin səhhəti ilə bağlı açıqlama yaydı

Tarix: 23-11-2022 19:12     Baxış: 3360 A- / A+

"Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub. Özünün də qeyd etdiyi kimi, tibbi xidmətlərlə yanaşı, kifayət qədər diqqət və qayğı ilə də əhatə olunub”.


Manevr.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd edilib ki, indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib:
"Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir.

Hazırda onun müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir. Nəzərdə tutulan əməliyyatı üçün bu gün zəruri müayinə və analizlərdən keçib. Sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə sabah əməliyyat olunması planlaşdırılır".qaynarinfo 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar