Xəbər lenti
“Sumqayıt” - 70: Yubiley tədbirləri davam edir

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov görüşü giriş sözü ilə açaraq vurğulayıb ki, 1952-ci ildən nəşrə başlayan, Sumqayıtın yaranma və yaşam tarixində özünəməxsus yeri və rolu olan qəzet uzun illərdir ki, öz missiyasını uğurla həyata keçirir. O, redaksiya kollektivinin fəaliyyətlərini uğurla davam etdrməsini arzulayıb. Muzeyin direktoru Aygün Zülfüqarova qeyd edib ki, şəhər rəhbəri cənab Zakir Fərəcovun oktyabrın 29-da imzaladığı sərəncamı ilə şəhərdə ictimai fikri düzgün formalaşdırmaq funksiyasını uğurla icra edən “Sumqayıt” qəzetinin 70 illik yubileyi geniş şəkildə qeyd edilir. Növbəti görüşün muzeyimizdə keçirilməsi olduqca əlamətdardır. “Sumqayıt” qəzetində dərc olunan yazılardan daim bəhrələnirik. Qəzetin Baş redaktoru Sübhan Quliyev çıxış edərək “Sumqayıt”ın tarixindən, fəaliyyət istiqamətlərindən söz açıb. Natiq çıxışında kollektivi adından göstərilən diqqətə görə təşəkkürünü bildirib. Sonra qəzetin buraxılışına məsul şəxs İlhamə Məhəmmədqızı dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiklərini, jurnalist peşəsinin çətin, məsuliyyətl və şərəfli olduğunu, işlərin öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını vurğulayıb. Digər əməkdaşlar Həqiqət Əliyeva və Könül Əfəndiyeva “Sumqayıt”ın araya-ərsəyə gəlməsində böyük əmək sərf olunduğunu diqqətə çatdırıblar. Görüş diskussiya şəklində davam edib. Muzeyin işçilərindən Namiq Əliyev, Sənurə Lazımova, Sevinc Əmirova, Şəbnəm Əliyeva, Cəmil Heydərov, Zülfiyyə Fətəliyeva, İradə Mustafayeva, Mətanət Həsənova, Türkan Bəylərova və başqaları qəzet haqqında fikirlərini, arzu və təkliflərini söyləyiblər. Axırda yaradıcı kollektiv Sumqayıtın Tarixi Muzeyi ilə yaxından tanış olub, isti, səmimi və xoş münasibətə görə məmnunluq ifadə edib.
İlhamə Məmmədova
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar