Manevr.az xəbər verir ki, bu haqda R.Vardanyan öz teleqram-kanalında məlumat yayıb.
Rusiya jurnalisti Ermənistana xüsusi olaraq bu müsahibə üçün səfər edib. Putinin milyarder "desantı" ilə söhbət onun tərəfindən lentə alınıb və anons edilib. Lakin "RBK" materialı yayımlamaqdan imtina edin.
Lakin hər kəsə gün kimi aydındır ki, Kreml Vardanyanla Azərbaycana mesaj göndərir. Yəni demək istəyir ki, Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Arayik Arutunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur. Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir. Bu da Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaqla bağlıdır.
Erməni mediası yazır ki, Kremlin himayədarı Qarabağdakı separatçılar üzərində hakimiyyəti cəmləşdirdiyi getdikcə dəqiqləşir. "Razılıq var ki, hansısa mərhələdə güc strukturları da Vardanyanın nəzarətinə keçəcək". Bunu isə kifayət qədər məlumatlı "Hraparak" nəşri yazır. Qəzetin mənbəsi yazır ki, Qarabağdakı erməni separatçı anklavında "hökumət başçısı" vəzifəsini öz üzərinə götürmüş Kremlin himayədarı olan Ruben Vardanyanın xeyrinə "hakimiyyətin rəvan dəyişməsi prosesinin başladığına şübhə yoxdur". Bu o deməkdir ki, Arayik Arutyunyan yavaş-yavaş öz səlahiyyətlərini Vardanyana ötürür.milli.az