Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Space TV”nin yayımı dayandırılacaq

Tarix: 16-11-2022 18:26     Baxış: 3203 A- / A+

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Manevr.az bildirir ki, bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, iclasda Speys TV redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunmuş və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.
İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan “Speys” Müstəqil Televiziya və Radio Şirkətinin Speys TV redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan “Gəl danış” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.
Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq Speys TV redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
Daha sonra, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Baku TV MMC və Beat Media MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat vermiş və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd ediblər.
Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının Baku TV MMC-yə (televiziya redaksiyasının adı: Baku TV) və Beat Media MMC-yə (televiziya redaksiyasının adı: “Beat TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar