Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

İctimai TV məşhur aktrisaya 114 min manat ödəyəcək

Tarix: 27-10-2022 14:33     Baxış: 5890 A- / A+

İctimai Televiziya və Radio Yayımları Şirkəti (“İctimai TV”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

“İctimai TV”nin keçirdiyi tender müsabiqəsinin qalibi “SFN Production” MMC (VÖEN – 1306962721) olub.

Qeyd edək ki, “İctimai TV” "Simurq" serialının 12 seriyasının yayımlanma hüququ üçün “SFN Production” MMC-yə 114 000 manat (hər seriya üçün 9 500 manat) ödəyəcək.

Məlumat üçün bildirək ki, “SFN Production” MMC 13.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 99C-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi tanınmış aktrisa Sevinc Əliyevadır.

Onu da qeyd edək ki, "Simurq" serialının "İctimai TV"dəki yayımı ötən ilin oktyabr ayında başa çatıb. Dövlət Satınalmalar Portalında yerləşdirilən məlumatda isə qeyd olunur ki, tender müsabiqəsinin icrası bu ilin iyun ayında başlayıb gələn ilin iyun ayında başa çatacaq.


Onu da bildirək ki, aktrisa Sevinc Əliyevanın rəhbərlik etdiyi “SFN Production” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar