Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

MEDİA Agentliyi və Mətbbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

Tarix: 12-10-2022 13:56     Baxış: 4390 A- / A+


Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.  
Manevr.az xəbər verir ki, sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin  koordinasiya edilməsidir. 
Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar. 
Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya  yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 
Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar