Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış jurnalist Bakıya gəlir

Tarix: 31-08-2022 10:24     Baxış: 4459 A- / A+




Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimci Məhəmməd Qulam Bouba BAMF-ın və Ednews.net Analitik informasiya portalının əməkdaşlarına təlim keçmək ücün 30 avqust 2022-ci il tarixdə Bakıya gəlir.
İki tərəfdaş təşkilatın qarşılıqlı anlaşmasına əsasən Əl-Cəzirə Media Şəbəkəsi Elektron Media, Yeni Media sahəsində qazandıgı təcrübəsini və öz standarlarını regionda əsas partnyoru olan BAMF-la paylaşacaq.Təlimlər nəzəri və praktik hissələrdən ibarət olmaqla 11 sentyabra kimi davam edəcək. Əl-Cəzirə tərəfindən təlim keçmək ücün görəvləndirilən təlimci eyni zamanda Beynəlxalq Mətbuat İnstitunun üzvü, tanınmış beynəlxalq media ekspertidir.
Bakıda BAMF-ın ofisində baş tutacaq beş günlük nəzəri təlimlərdən sonra Məhəmməd Qulam Bouba  Ednews.net-in əməkdaşları ilə birlikdə Əl-Cəzirə Media Şəbəkəsi və onlayn xəbər saytı üçün Azərbaycandakı mina problemi haqqında hesabat hazırlayacaq. Təlimlərdən sonra qurumlar arası anlaşmaya əsasən Əl-Cəzirə Media Şəbəkəsi və BAMF arasında davamlı informasiya mübadiləsinin həyata keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən bu ilin mart ayında əməkdaşlıq memorandumu imzaladığımız Əl Cəzirə Media Şəbəkəsi ilə 10 ildən çoxdur ki, bizim uğurlu əməkdaşlıq təcrübəmiz vardır . Azərbaycan Media camiyəsində  fəaliyyət göstərən ərəb və ingilis dilli jurnalist həmkarlarımızı da bu əməkdaşlıqdan faydalanmaga dəvət edirik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar