Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ - ŞƏKİL

Tarix: 30-08-2022 17:21     Baxış: 3281 A- / A+
Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO
Peşəkar Futbol Liqasında (PFL) struktur və kadr dəyişikliyi davam edir.
 
Manevr.az
PFL-ın saytına istinadən xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.  Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.
 
2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S. Abdullayev 2007-ci ildən "Xəzər TV"-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin "Ən yaxşı idman jurnalisti" adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar