Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı jurnalistlər Estoniyada saxlanıldı

Tarix: 13-08-2022 10:37     Baxış: 4450 A- / A+




Estoniyanın paytaxtı Tallində polis Rusiyanın "İzvestiya" nəşrinin müxbiri və operatorunu saxlayıb.
Manevr.az xəbər verir ki, bu barədə nəşrin teleqram kanalında bildirilir.
"Müxbir Kseniya Soldatova və operator Dmitri Timofeyev qatarda Narvadan Tallinə gedirdilər. Vaqonda onlara polislər yaxınlaşdı, qatardan düşdürdülər və polis bölməsinə apardılar", - məlumatda deyilir.
Qeyd olunur ki, jurnalistlər Miqrasiya Xidmətinin nümayəndəsini gözləyirlər. Onların hansı səbəbdən saxlanıldığı açıqlanmır.
"Rusiyanın Tallindəki diplomatik missiyası "İzvestiya" jurnalistlərinin saxlanılması ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və onlara kömək etmək üçün bütün lazımi tədbirləri görür", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, daha əvvəl Estoniya Baş naziri Kaya Kallas Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarına viza verməməyə çağırmışdı.
Avqustun 15-dən isə Estoniya tərəfindən verilmiş Şengen vizası olan rusiyalıların bu ölkə ərazisinə girişi qadağan ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar