Xəbər lenti
ANS şikayəti təmin edildi - YENİLƏNİB
Proses davam edəcək
Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçirilib. İstiPress-in məhkəmədə olan əməkdaşı xəbər verir ki, artıq 2 şikayətə baxılıb. Heç birisində şikayət təmin edilməyib. Buna görə ANS rəhbərliyi hakimlərə etiraz edərək onların tərkibinin dəyişdirilməsini tələb edib. Hazırda kassasiya şikayətlərinin davam etdirlməsi üçün ANS Şirkətlər Qrupunun hakimlərin dəyişdirilməsinə dair şikayətinə baxılır. Baxılan şikayətlər ANS ÇM-ə dəymiş maddi ziyan və ANS Kommers-in hüquqi şəxs kimi məhkəmədə iştirakına icazə verilməməsi ilə bağlıdır.
Məhkəmənin sonunda ANS rəhbərliyinin etirazından sonra hakimlərin dəyişdirilməsi ilə bağlı şikayət qəbul edildi. Hakimlər məhkəmənin təxirə salındığını bildirərək növbəti məhkəmə prosesinin elan ediləcəyini dedilər və zalı tərk etdilər.
saat 11:33
Bu gün saat 16:15-də Azərbaycan Respublikası Ali Məhkəməsində ANS ÇM-in kasassiya şikayətləri üzrə prosses keçiriləcək.
Kasassiya şikayəti Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli ANS ÇM-in Lisenziyasına xitam verilməsinə dair qərarından verilib.
Belə ki, Milli Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli şikayəti əsasında Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM radiostansiyasının lisenziyasına xitam verilməsinə dair qərar qəbul edilib. Sonradan ANS ÇM-in bununla bağlı Apellyasiya Məhkəməsinə müraciəti təmin edilməmişdi.
Bu gün isə Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin qərarından şikayətə baxılacaq. istiPress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar