Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Aytən Məmmədovanı hədələyən şəxsin axtarışları ilə bağlı - DİN-dən AÇIQLAMA

Tarix: 13-05-2022 09:48     Baxış: 4245 A- / A+

Bir neçə gün öncə jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları davam etdirilir.

Manevr.az
xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov istintaqın gedişi və digər xüsusatlarla bağlı "qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb: "Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır.

Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbrli olub istintaqın başa çatmasını gözləməliyik".

Qeyd edək ki, bir neçə gün öncə jurnalist A.Məmmədova yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqla hədələnmişdi. Onun Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələndiyi iddia olunmuşdu.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar