Xəbər lenti
Azərbaycanda bu televiziyanın yayımı dayandırılacaq

ARB TV-nin yayımı üç saatlıq dayandırılacaq.
Manevr.az xəbər verir ki, bununla bağlı Audiovizual Şuranın mayın 5-də keçirilən iclasında qərar qəbul olunub.
Bildirilib ki, iclasda 25 aprel - 5 may 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub. Monitorinqlər zamanı “ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan “Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla “Media haqqında” qanunu 14.1.15-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb. Bu səbəbdən Audiovizual Şura "Media haqqında" qanunun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən iclasda “ARB” televiziya yayımçısının proqramlarının yayımının 8 may 2022-ci il tarixdə saat 09.00-dan 12.00-dək üç saatlıq dayandırılması haqqında qərar qəbul edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























