Xəbər lenti
İradə İsaq "Space"in aparıcısını biabır etdi - FOTO
O, gördüklərindən dəhşətə gəldiyini bildirib
"Biri mənə başa salsın... İndi "Space" telekanalının "Xəbərlər" verilişinin aparan oğlanın bu qəribə nitqini siz də eşidirsiniz? Bu nə xəbər oxumaqdır, bu nə mənasız səs dəyişimidir? Təvəkkül müəllim (MTRŞ-nın şöbə müdiri - red.), bu cür nitqi olanlara da öz etirazınızı bildirin. Tamaşaçını bu qədər qıcıqlandırmaq olarmı?"
Bu sözləri telejurnalist İradə İsaq sosial şəbəkədəki hesabında yazıb. Onun bu fikrinə həmfikir olanlar çoxluq təşkil edib.
Gördüyündən təəccüblənən İradə İsaq "Space"in aparıcısını terrorçu adlandırıb:
"Televiziyaya baxmıram deyə, ilk dəfə idi görürdüm. Ulduz imiş ki... Qulaqlara terrordur bu, azadlıq olar, belə də yox. İnanın az qaldı ağlım uçsun. Bu təzə xəbər oxumaq dəbidir deyəsən. Radiolarda başlayıb indi də televiziyalara ayaq açdılar. Bəs Dilçilik Qurumları monitorinq keçirirdi, nə oldu?".
İradə İsaqın bu fikirlərinə digər aparıcı Rövşanə Bektaşi də fikir bildirib:
"Dəhşətdir. Baxmaq olmur. Əl-qol ata-ata, mənasız səs tonu, qəribə jestlərlə xəbər oxuyur. Qışqıraraq millətə xəbər sırıyır".
Qeyd edək ki, İradə İsaq hazırda "Lider" telekanalında, Rövşanə Bektaşi isə "ARB"də çalışır. istipress.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar