Xəbər lenti
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Manevr.az kult.az-a istinadən xəbər verir ki, bu barədə sabiq səfir, professor Vilayət Quliyev yazıb.
V.Quliyev Nazim Hikmət haqda dostu, görkəmli ədəbiyyatşünas-alim, Azərbaycan EA-nın müxbir üzvü, Əziz Mirəhmədovdan eşitdiyi bir hadisəni paylaşıb:
“Əziz müəllim danışırdı ki, Nazım Hikmət 1957-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilən anım mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Qonaqların arasında bir sıra xarici ölkələrin elm və sənət adamları, eləcə də tanınmış türk alimi, klassik türk ədəbiyyatına dair dəyərli əsərlərin müəllifi, professor və millət vəkili Agah Sirri Levent (1893-1978) də vardı.
EA Rəyasət Heyətinin binasında – İsmailiyyədə keçirilən yubiley gecəsində həmvətəni ilə üz-üzə gələn Nazım bəlkə də fərqinə varmadan ona salam verir. Agah Sirri isə sanki şairi görmürmüş kimi, tez üzünü yana çevirir. Yəqin ki, onu da başa düşmək mümkündür. Çünki geri döndüyündə ani nəzakət nümayişinə görə sorğu-suala çəkilməyəcəyindən arxayın deyildi.
Bir azdan Füzuli haqqında söz demək üçün Nazım Hikməti kürsüyə dəvət edirlər. O, nitqinə belə başlayır:
- Dörd yüz neçə il əvvəl Füzuli bir nadana salam verdi. Amma o nadan rüşvət deyildir deyə, şairin salamını almadı. İndi isə bütün dünya böyük Füzulinin salamına gəlib...
Təsadüfən iki seçkin türk ziyalısının səssiz duelinin şahidi olan Əziz müəllimin dediyinə görə, həmin axşam Agah Sirri Leventə bıçaq vursan, qanı çıxmazdı. Son dərəcə pərt, pəjmürdə idi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar