Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nizaminin Azərbaycan şairi olduğu İspaniyada dəlillərlə sübut edildi

Tarix: 24-11-2021 17:33     Baxış: 3505 A- / A+

Azərbaycanda elan olunmuş "Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin "Yeddi gözəl” poeması İspaniyada işıq üzü görüb.

Manevr.az xəbər verir ki, bundan əvvəl, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına "fars şairi” kimi təqdim edən "Ön söz”lə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifinin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla təsdiq edən yeni nəşrinə nail olunub.     Madridin zəngin ənənəli "Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, "Ön söz”ünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.    Orijinal illüstrasiyalarla nəfis tərtibatda nəşr edilmiş kitabın yaxın günlərdə Madridin mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat mərasimlərində elmi-ədəbi ictimaiyyətə təqdim ediləcəyi gözlənilir./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar