Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın iştirakı ilə Sumqayıt və Xızı şəhərlərinin mədəni mühiti müzakirə olunub

Tarix: 23-11-2021 14:16     Baxış: 3456 A- / A+

Milli Məclisin deputatı Müşfiq Məmmədli ilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, ictimai şuranın sədr müavini Əkbər Qoşalı, Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev arasında görüş keçirilib.

Manevr.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında baş tutan görüşdə Sumqayıt və Xızı şəhərlərinin mədəni mühiti müzakirə olunub. Söhbət zamanı Gəray Əlibəyov şuranın fəaliyyəti, eyni zamanda şura tərkibində yaradılan ekspert qrupu haqqında ətraflı məlumat verib. Yaxın perspektivdə nəzərdə tutulan özəl teatrların festivalı haqda fikir mübadiləsi aparıb. Şuranın sədr müavini Əkbər Qoşalı Xızı rayonunda yerləşən Cəfər Cabbarlı ev muzeyinin vəziyyəti haqqında narahatlığını deputatın nəzərinə çatdırıb. Eyni zamanda mədəniyyət sahəsində olan gənclərə dəstək, onların işlə təmin olunmasında yardımçı olmağı söyləyib. Regional idarənin rəisi Rəşad Əliyev Sumqayıtda mədəniyyət tədbirləri, həmçinin fəaliyyətin daha təkmilləşdirilməsi üçün nəzərdə tutulan addımlar haqda söhbət açıb. R.Əliyev bildirib ki, Mədəniyyət dövlətin strateji sahələrindən biridir. Mədəniyyət, həmçinin, xalqın mənəvi-ideoloji gücüdür. Mədəniyyət nazirliyi məhz bu aspektdən yanaşaraq fəaliyyəti daha da gücləndirib. Öz növbəsində Müşfiq Məmmədli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, onun dünyada tanınması, mədəni irsin qorunması yönündə gördüyü işlərin misilsiz olduğunu qeyd edib. Millət vəkili bildirib ki,  Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağın işğaldan azad edilməsi bütövlükdə mədəni həyatımız üçün  yeni səhifə açıb. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda erməni vandalizminə məruz qalmış tarixi-mədəni abidələrin bərpası dövlətimizin  mühüm istiqamətlərindən birini təşkil edir. Bununla yanaşı Sumqayıtın mədəni mühiti də ölkə rəhbərliyinin diqqətindədir. Deputat Sumqayıtda son dövrlərdə mədəni obeyktlərin tikilib istifadəyə verilməsi, həmçinin ümumşəhər tədbirlərində mədəniyyət idarəsinin fəaliyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb. Verilən təkliflər, qeyd olunan məsələlər haqda aidiyyatı qurumları məlumatlandıracağını söyləyən M.Məmmədli bu yöndə mədəniyyət işçilərinə dəstək olacağını bildirib. Sonda mədəniyyətlə bağlı görüşlərin intensiv keçiriləcəyi ilə bağlı qərar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar