Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şeytanın suallarına Tanrının CAVABLARI

Tarix: 21-11-2021 19:38     Baxış: 4299 A- / A+


Anası bilmirdi ki, oğlu çoxdan Tanrını unudub və Allahın əvəzinə özü bu dünyada ədaləti bərqərar etmək – varlının malı ilə kasıbı xilas etmək fikrinə düşüb. O, Tanrının məqbul bilmədiyini reallaşdırmaq istəyir, ancaq Tanrı kimi yox, şeytan kimi.

Manevr.az “Kaspi” qəzetinin Dostoyevski haqqında yazısını təqdim edir:
Gümanımca, Dostoyevskinin “Cinayət və cəza" romanı XXI əsrdə yazılsaydı, XIX əsrdəki qədər dərin mənaya malik olmayacaqdı. Çünki XXI əsrdə adı çəkilən romanın baş qəhrəmanı Raskolnikov cinayət törədəndən sonra düşünəcəkdi ki, yəqin, qarının evinə girməsi, onu qətlə yetirməsi hansısa kameraya düşüb. O, kənar gözün-diqqətin təsirindən öz ruhuna bunca baş vura və nüfuz edə bilməyəcəkdi. Amma XIX əsrdəki Raskolnikov təqib qorxusundan tez xilas olur, bir sıra şübhələr və daxili təbəddülatlardan sonra cinayətin əsas şahidinin Tanrı və özü olduğuna inandığına görə daha çox əzab çəkir və nəticədə onun iztirabları əsərin psixoloji mahiyyətini dərinləşdirir. Yəni Raskolnikov gözünü kənardan çəkib öz qəlbinə – vicdanına zilləyir. XXI əsrin Raskolnikovu isə kamera əsirinə dönəcək, həmin cinayətdən sonra ən yaxşı variantda, adi, alışılmış detektiv qəhrəmanına çevriləcəkdi... Hər əsr öz mənəvi dərinliyi səviyyəsində qəhrəmanlar yetirir...
 
Zaman və məkan girovu
 
Raskolnikov sələmçi qadına  öz saatını girov qoyur, saatın arxasında isə qlobus şəkli var. Sanki o, həm zamanı, həm də məkanı sələmçi qadına təhvil verir. Həyatda heç nəyi olmayan, gününü kirayələrdə keçirən birinin dünyada sahib olduğu ən böyük nemətlər zaman və məkandır. Beləcə, Raskolnikov saatını girov qoymaqla, sanki ömrünü – zamanı və yaşadığı yeri (qlobusu) başqasına verir. Saatı qadına verərkən həmin əşyaya bir də diqqətlə baxır: görür ki, zaman fırlanır, məkan – qlobus təsvirisə öz yerində dayanıb. Əslində o, bütün bunlarla dünyaya müdaxilə edə bilməyəcəyini – qlobusa, yəni vahid dünyaya müdaxilənin mümkünsüzlüyünü anlayır.
 
Özündən uzaq...
 
Raskolnikov ona görə cinayət törədir ki, o, öz ətrafında, həyatında baş verənlərdən nəticə çıxarmır. Məsələn, onun bacısı Dunya, Raskolnikov tələbəliyini qayğısız keçirsin deyə,  xidmətçi işləməyə könülsüz razı olur və nəticədə onun adına söz çıxarırlar.
Daha sonra Dunya qardaşının gələcək karyerasını da nəzərə alaraq imkanlı bir adamla ailə qurmağa könülsüz “hə” deyir. Bütün bunlardan sonra Raskolnikov yenə də ehtiyac içərisindədir, həyatı axarına düşmür və bacısının mənəvi işgəncələri ona yüz qat artıq əzab verir. Deməli, kiminsə xoşbəxtliyi başqasının bədbəxtliyi üstündə bərqərar olmamalıdır. Öz həyatından dərs almayan Raskolnikov eyni qayda ilə başqasını – küçələrə düşən, səfil Sonyanı xoşbəxt etməyə çalışır, buna görə qətl törədib sələmçi qadının var-dövlətini əldə edib ona yardım etmək istəyir. Nəticədə onun əldə etdiyi sərvət Sonyanı xoşbəxt edə bilmir.
 
Tanrının və şeytanın təklifi
 
Raskolnikovun anası oğluna yazdığı məktubun sonunda qeyd edir ki, ümid edirəm, sən də indi dəbdə olan yeni dinsizliyə aludə olmayıbsan. Amma anası bilmirdi ki, oğlu çoxdan Tanrını unudub və Allahın əvəzinə özü bu dünyada ədaləti bərqərar etmək – varlının malı ilə kasıbı xilas etmək fikrinə düşüb. Raskolnikov Tanrının məqbul bilmədiyini reallaşdırmaq istəyir, ancaq Tanrı kimi yox, şeytan kimi. Şeytan öz azdırıcı niyyətini insana Tanrının köməyi kimi təklif edir. Ona görə də əksər cinayətkarlar ilk vaxtlar öz əməllərinə haqq qazandırırlar, cinayəti Tanrı, yaxud ədalət naminə törətdiklərini düşünürlər.
 
Corab dilemması
 
Raskolnikov polis idarəsinə çağırılanda corabını dəyişmək barədə uzun-uzadı tərəddüdlər keçirir: “O, şübhəli halda düşünür və bu şübhə ona əzab verirdi: “Axı bu nə vaxt olub? Mənim polis idarəsi ilə heç bir işim yoxdur! İlahi, bircə, bu tez qurtaraydı!” Dizləri üstə düşüb dua etmək istədi, hətta özü də buna güldü: duaya yox, özünə gülürdü. Tələsik geyinməyə başladı. Birdən onun ağlına belə bir fikir gəldi: “Məhv olacağamsa, qoy elə məhv olub gedim, fərqi yoxdur! Corabı geyəcəyəm! Toza sürtünər, qan izi də itib gedər”. Lakin geyinən kimi elə o saat nifrət və dəhşətlə onları ayağından dartıb çıxardı. Çıxarsa da, fikirləşdi ki, bundan başqası yoxdur; yenə də ayağına geydi, yenə də güldü”. Corabı geyinib-geyinməməkdə tərəddüd edən bir adam, heç nə düşünmədən, nəticəsini xırdalığına qədər planlaşdırmadan qəti qərara gələrək qarını öldürür, tərəddüd etmir. Dostoyevski bu detalla insanı tanımağın mümkünsüzlüyünü, məntiq çərçivəsinə sığmadığını göstərir.
 
Acizliyin qəhrəmanı
 
Raskolnikov acizliyindən güclənmiş qəhrəmandır. Yəni həyat onun əlindən bütün mübarizə imkanlarını alır və o, öz gücsüzlüyü ilə silahlanıb həyata qarşı vuruşur. Tolstoyun qəhrəmanlarındakı acizlik onları tövbəyə (“Dirilmə”dəki Nexlyudov) və tərki-dünyalığa, Dostoyevski obrazlarında acizlik isə üsyana səsləyir. Don Kixot obrazı isə Dostoyevski və Tolstoy qəhrəmanları arasındakı qızıl ortadır. Don Kixot da əlacsızdır. Sadəcə Don Kixotun qəhrəmanlığı qəhrəmanlığın dəbdən düşdüyü zamana təsadüf edir. Yəni o, hələ mübarizəyə başlamamış  zamana məğlub olur. Don Kixotu keçmiş zaman əlacsız, gücsüz vəziyyətdə qoyur. Sanki zaman Don Kixota sübut edir ki, onu həqiqi qəhrəman sayacaq insanların hamısı ölüb – keçmişdə qalıb. Ona görə də onun reallığı teatrallaşır, absurda, əyləncəyə çevrilir. Tolstoy Don Kixotu öz obrazlarının timsalında gec qaldığı zamana münasibətdə tövbəyə, təslimiyyətə, Dostoyevski isə asiliyə, qiyama səsləyir. Kamyu isə Don Kixota təsəlli verərək real həyata alışdırır. Don Kixotun reallığa qayıtması, hamı kimi olması isə absurd deməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar