Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək - VİDEO

Tarix: 13-11-2021 13:07     Baxış: 4440 A- / A+
Şuşada


İstanbulda başlayan "Qorqud Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, festivalda iştirak edən Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov çıxış edib. Çıxışına qonaqları salamlayaraq başlayan nazir, festivalın 2023-cü ildə Şuşada keçiriləcəyi xəbərini də verib: 

"Bu festivalın çox böyük önəmi var. Festival ortaq tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi, dəyərlərimizi tək türk dünyasında deyil, eyni zamanda beynəlxalq səviyyədə tanıdılmasına böyük vasitə olacaq. Bu səbəbdən də belə təşəbbüsün həyata keçirilməsinə görə, hamınıza təşəkkürümü bildirirəm. Festivala uğurlar arzu edirəm. Hər birinizi 2023-ci ildə Şuşada - Qarabağımızda gözləyirik. Yaşasın türk dünyası, yaşasın birliyimiz".

Qeyd edək ki, festival çərçivəsində Türkiyə,Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Saxa Respublikası, Tatarıstan, Qaqauziya, İran, Ukrayna və digər ölkələrdən olan kinorejissorların filmləri təqdim olunub. Festivalın ilk günü Atlas 1948 Cinema, Emek Cinema, Tarık Zafer Tunaya Mədəniyyət Mərkəzi və İstanbul Universiteti Ünsiyyət Fakültəsi kinoteatrlarında film nümayişləri ilə başlayıb. Bu gün isə Atatürk Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar