Xəbər lenti
Teatr 94-cü mövsümünə başladı
Teatr hər bir millətin güzgüsüdür. Onun mədəniyyətinin tacıdır. Dünya xalqları həmişə öz teatrları ilə fəxr eləyiblər. Ölkə başçıları və bu sahəyə rəhbərlik edənlər də milli teatrlarını inkişaf etdirmək üçün əllərindən gələni ediblər.
Düz 94 il bundan qabaq hal-hazırda Azərbaycan teatrının karifey sənətkarları adlandıran bir qrup aktyorlar tərəfindən yaradılan Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı, 2021-ci ilin oktyabr ayının 1-də bir il altı aydan sonra özünün yeni 94-cü teatr mövsümünə başladı. Belə ki, 2019 –cu ilin mart ayından COVİD-19 pandemiyası ilə əlaqədar işlərini dayandıran Azərbaycan teatr və konsert müəssisələrinə nəhayət ki, öz işlərinə başlamasına Azərbaycan Nazirlər Kabineti tərəfindən icazə verdi.
Bəli. Həmin gün Dövlət Gənc Tamaşaçılar Teatrında da böyük bir bayram yaşandı. Bir il altı ay səhnədən uzaq düşən teatr işçiləri çox sevinirdilər. Hətta bəzilərinin gözlərində sevinc göz yaşlarını da görmək olurdu.
Teatrın direktoru Nahidə xanım İsmayılzadə bir il yarımlıq həsrətə son qoyulduğuna görə teatr işçilərini təbrik elədi. Sonra bu müddətdə dünyasını dəyişən teatr işçiləri- Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Almaz Mustafayeva, Atabala Səfərov, aktyor Ələsgər Qurbanəliyev və başqaları yad edildi. Yeni mövsümdə teatrın işlərinin daha çox olacağını dedi. 44 günlük Vətən müharibəsi ilə bağlı bir neçə tamaşa hazırlanacağını bildirdi. Hal-hazırda teatrın tamaşaçı zalında və səhnəsində böyük təmir işləri getdiyində tamaşaların başqa teatrların səhnələrində oynanılacağını da bildirdi. Ən əsası isə kollektivin bundan sonra daha da sıx birləşib, böyük əzmkarlıqla repertuarda olan tamaşaları tezliklə dirçəltməyi arzu elədi.
Həmin gün teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun da ad günü olduğu, 59 yaşının tamam olması münasibətilə Nahidə xanım İsmayılzadə və kollektiv onu təbrik elədi. Sonra söz Bəhram Osmanova verildi. O da kolletivi yeni mövsümə başlaması münasibətilə təbrik eləyib, gələcək planlar haqqında danışdı.
Vətən müharibəsində iştirak etmiş teatrın gənc aktyoru, müharibə veteranı Hilal Dəmirin də bu müharibədə payı olması böyük qürur hissi ilə xatırlandı. Teatrın kollektivi Hilal Dəmiri sürəkli alqışlarla qarşıladı.
Teatrın belə xoş günüdə ulu öndər Heydər Əliyev yad olundu. Onun teatra qarşı necə məhəbbəti olması və teatrlarımızı necə qoruması , teatr işçilərinə lazım olan bütün şəraiti yaratması dilə gətirildi.
Bəli. Hamımızın yaddaşındadır ki, ulu öndər Heydər Əliyev teatrı necə sevirdi və teatr işçilərinə də çalışırdı ki, hər bir şərait yaratsın. Belə ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında müstəsna rol oynayan Heydər Əliyev hakimiyyətdə olduğu müddətində milli dəyərlərimizə xüsusi önəm verərək, onu dünyaya tanıtmışdı. Bu mədəniyyət də Azərbaycan tarixini özündə yüksək səviyyədə yaşadır. Dahi rəhbər Heydər Əliyev məhz bu prizmadan mədəniyyətimizə yanaşaraq, onun coğrafi sferasının genişliyinə böyük diqqət ayırmışdı. Bu gün də dünyada Azərbaycan mədəniyyətinin, teatrının əks-sədası
Heydər Əliyevin bu sahədə qoyduğu təməlin bəhrəsidir. Çünki bu kursu cənab preziden İlham Əliyev də böyük uğurla davam etdirir. İnanırıq ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərli, başda nazir cənab Anar Kərimov olmaqla, yeni kadrları da bu müqəddəs işi həmin formada davam etdirib, Azərbaycan teatrlarının inkişafı üçün əllərindən gələni edəcəklər. Teatr işçilərinin əmək haqlarının artırılması, fəxri adların, Prezident mükafatlarının, təqaüdlərinin və teatr işçilərinə mənzil verilməsində əllərindən gələn köməklikləri edəcəklər. Teatr işçiləri də tez-tez Qarabağa gedib, orada çıxışlar etməklə millətimizin mədəniyyətinin ulu köklərini dünya xalqlarına çatdıracaqlar.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar