Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nəsimi poeziyasında insan himni” kollektiv monoqrafiyası işıq üzü görüb

Tarix: 18-06-2021 11:14     Baxış: 4428 A- / A+
“Nəsimi poeziyasında insan himni” kollektiv monoqrafiyası işıq üzü görüb


İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Moskvada keçirilən konfransın materialları kitab şəklində çap olunub. Konfrans 2019-cu ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən keçirilib. Konfrans zamanı Moskvada Nəsiminin büstünün açılışı olub. “Nəsimi poeziyasında insan himni (Şərq və Qərbin mənəvi və mədəni dəyərlərinin sintezi)” mövzusunda keçirilən konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də iştirak ediblər.

Konfransın təşkilatçıları arasında Rusiya EA Fəlsəfə İnstitutu, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına MDU-nun Asiya və Afrika Ölkələri İnstitu, Rusiya EA A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu və başqaları da var.

Monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru F.Əzizova və akademik A.Kubelindir. Həmçinin kitabın tərtibçisi də Fəridə Əzizovadır.

Monoqrafiyada AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli ilə yanaşı, institutun digər əməklaşlarının da məqalələri yer alıb. Həmin məqalələrin müəllifləri Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Fəridə Əzizova, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoydur.

Kollektiv monoqrafiyada Azərbaycandan başqa Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Polşa, İngiltərə, Avstriya, Finlandiya alimlərinin də Nəsimi haqqında tədqiqatları nəşr olunub.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar