Xəbər lenti
İranda "Dədə Qorqud"un nəşrinə icazə verilmədi
Sosial mediada yayılan bilgilərə görə, bir qrup pan-farsist və "azəri"lər qrupuna bağlı şəxslər Dədə Qorqud kitabının İranda çap edilməsinə qarşı çıxıb.
Manevr.az bildirir ki, onlar İranın İslam Mədəniyyəti və İrşad Vəzirliyinə məktub yazaraq "Dədə Qorqud" dastanının Orta Asiya türklərinə aid olduğunu və Azərbaycanla heç bir əlaqəsi olmadığı üçün İranda onun çapına icazə verilməməsini istəyiblər.
Bununla da, "Dədə Qorqud" dastanının farsca variantı və onunla bağlı araşdırma yazılarının da nəşrinə icazə verilmədiyi deyilir.
"Dədə Qorqud" dastanının araşdırmaçısı və nəşriyyatçı Nasir Nəssaci özünün Tvitter hesabında məsələyə toxunaraq yazıb: "Bu barədə gəzən söz-söhbətlər mənə sübut olundu. "Dədə Qorqud" dastanının Azərbaycan türklərinə aid olduğu nəzəriyyəsini gücləndirən antropologiya sahəsindəki tədqiqat kitabımı İslam Mədəniyyəti və İrşad Vəzirliyinə verdikdən 24 saat sonra mənə bu kitabın nəşrinə icazə verilmədiyini bildirdilər".
İranda azərbaycanlılara qarşı belə yanaşma yeni olmasa da, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış bir əsərin hətta farsca variantının nəşrinə qadağa qoyulması təəccüb doğurur.
Qeyd edək ki, iddia ilə bağlı İranın İslam Fərhəngi və İrşad Vəzirliyi indiyədək hər hansı açıqlama verməyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar