Xəbər lenti
Nizami Gəncəvinin “Xəmsə”sinin 17-ci əsrdə köçürülmüş əlyazma nüsxəsi tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Vaşinqton şəhərindəki Konqres Kitabxanasında mühafizə olunan Nizami Gəncəvinin “Xəmsə”sinin XVII əsrin əvvəllərində köçürülmüş əlyazma nüsxəsinin surətini əldə edib.
Manevr.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
İnstitutun elmi işlər üzrə direktor müavini Kərimov bildirib ki, M-19 nömrəsi altında qeydiyyata alınmış bu əlyazma kitabın cildi qəhvəyi dəridəndir, lakin arxa qapağı yoxdur.
Hindistanda köçürüldüyü ehtimal olunan əlyazmanın ilk səhifəsi göy rəngli xalça naxışları ilə süslənib (bəzədilib). Gözəl nəstəliq xətti ilə köçürülmüş nüsxənin səhifələrini də əlvan nəbati naxışlar bəzəyir. 475 vərəqdən ibarət əlyazmada çoxsaylı miniatür rəsmlər də var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar