Xəbər lenti
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Qarabağın Keçmişi, Bu günü və Gələcəyi” mövzusunda konfrans təşkil edilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın Keçmişi, Bu günü və Gələcəyi” mövzusunda konfrans təşkil edilib.
Konfrans zamanı Azərbaycanın və bütövlükdə Türk Dünyasının ayrılmaz parçası olan Dağlıq Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərər, eləcə də bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub. Konfrans həmçinin video format şəklində də aparılıb.
Tədbiri açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günya Əfəndiyeva: “ Şanlı Qələbədən sonra Qarabağ torpağı bütün Türk xalqlarını daha da birləşdirib. 44 gün bizə Zəfərlə bərabər yenidən öz kimliyimizi qaytarıb və bu fəxarəti Azərbaycanla yanaşı bütün Türk dünyası yaşayır. Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq və dövlət rəhbərləri səviyyəsində sərgilədiyi həmrəylik bütün dünyaya bir nümunə olub” - deyə bildirib.
Qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında işguzar və səmərəli iş birliyi qurulub. Bildirib ki, rəhbərlik etdiyi qurumun missiyası Türk dünyasının zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini qorumaq, araşdırmaq və bütün dünyaya göstərməkdir. “30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqların vəziyyəti bizi çox sarsıdıb. Biz bir neçə dəfə işğaldan azad olunan Füzuli və Ağdam rayonlarını ziyarət etmişik və oradakı acınacaqlı vəziyyətin canlı şahidi olmuşuq. Vaxtilə bu şəhərlər Azərbaycanın mədəniyyət mərkəzləri idi. Şuşa, Ağdam, Füzuli, bütövlükdə Qarabağ neçə-neçə bəstəkarların, xanəndələrin, şair və yazıçıların, eyni zamanda Azərbaycan memarlığının şah əsərlərinin vətənidir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistan Azərbaycanın yüz illər boyu qoruduğu tarixi əsərlərin əksəriyyətini məhv edib. Ağdam dəhşətli dağıntılara məruz qalıb, Füzuli isə tamamilə yerlə yeksan edilib. Qafqaz Albaniyası dövrünə aid yazılar silinərək, oraya erməni xaçları bərkidilib. Sonra bütün dünyaya erməni abidələri kimi təqdim edilib, eyni zamanda ağaclar yandırılıb, ekoloji terror törədilib. Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ermənilərin törətdiyi cinəyət əməllərini qətiyyətlə pisləyən, dünya ictimaiyyətini bu hallara obyektiv münasibət bildirməyə səsləyən bəyanatlar vermişdir” – deyə Günay Əfəndiyeva əlavə edib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov 44 günlük Vətən müharibəsində qazanılan qələbəni bütün Türk dünyasının sevinclə qarşıladığını bildirib. O, qeyd edib ki, TÜRKPA-nın məqsədi parlamentlərarası əməkdaşlığın, dövlətlərarası siyasi dialoqun daha da genişləndirilməsinə, qanunvericilik aktlarının daha da uyğunlaşdırılmasına və türkdilli ölkələrlə digər ölkələr arasında qarşılıqlı, faydalı, bərabərsəviyyəli iş birliyinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətlərə töhfə verməkdir. Bildirib ki, təmsil etdiyi qurum hər il təşkil olunan plenar iclaslar zamanı xalqlarımız və dövlətlərimiz üçün faydalı qərarlar almağa çalışır. Həmçinin şəhərsalma sahəsində ehtiyac duyulan bütün texniki infrastrukturun inkişaf etdirilməsi üçün əməkdaşlıq etməyə hazırdır.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qonaqları salamlayaraq, bu cür önəmli bir tədbiri təşkil etdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib. Azərbaycan və Türkiyə dostluğuna toxunan səfir qeyd edib ki, iki qardaş arasında olan münasibətin keçmişinin təməli möhkəm, bugünü şərəfli, gələcəyi isə parlaqdır. Səfir eyni zamanda Dağlıq Qarabağda yerləşən maddi-mədəniyyət abidələrinin dağdılması, talan edilməsi, mənimsənilməsi məsələsinə münasibət bildirərək, bu istiqamətdə görülə biləcək işlərdən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyə ilə Azərbaycan iki dövlət bir millətdir. Türkiyə 90-ci illərdə Azərbaycanın ən zəif durumunda Qarabağ torpaqlarının işğal edilməsi günündən daim bu ölkənin yanında olub. 44 günlük müharibədə Türkiyə bir daha vurğulayıb ki, Qarabağ yarası sağalmayınca Türkiyənin də acısı bitməyəcək. Türkiyə 30 il boyu Azərbaycanın - hər zaman qardaş xalqın yanında olacağını bütün dünyaya hiss etdirib. İndi hərkəs bilir ki, Türkiyə və Azərbaycan tək ürəkdir. İndi də Azərbaycanın önündə duran əsas vəzifə dədə-baba yurdlarından qovulan vətəndaşların evlərinə dönməsi və buranı yararlı hala salmaq üçün Qarabağı - Qafqazın Hiroşimasını bərpa etməkdir. Türkiyə bu istiqamətdə də bütün dəstəyi verməyə hazırdır.
Tədbirdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış edərək,təmsil etdiyi qurumun işğaldan azad oluan torpaqlarda şəhər və kəndlərin bərpası və planlaşdırılması istiqamətində işlərə başladığını bildirib. İlqar İsbatov qeyd edib ki, Artıq Qarabağda bərpa olunacaq yerlərlə bağlı qərərgah və digər mərkəzlər fəaliyyət göstərir ki, onların da birbaşa vəzifəsi şəhərsalma məsələlərilə məşğul olmaqdır. Bildirib ki, təmsil etdiyi qurum tərəfindən işğaldan azad olunmuş 1 milyon 350 min hektar ərazinin inkişaf planının hazırlanması düşünülür və minə yaxın şəhər və kəndlərdə ərazi üzrə məlumatların toplanması , sistemləşdirilməsi işi təşkil edilir. Hal-hazırda bu istiqamətdə sürətli addımlar atılır.
Konfransda Türkiyə Respublikası Ətraf mühit və Şəhərsalma nazirinin müavini Mücait Demirtaş da çıxış edərək, Qarabağın işğaldan azad olunmasını tarixi Qələbə adlandırıb. O, “Dünənə qədər bütün dünya Qarabağın işğalını, bugün dastan olanZəfərini danışıb. gələcəkdə isə Türkiyə və Azərbaycanın birlikdə yenidən bərpa edəcəyi Qarabağın dirçəlməsini danışacaq “- deyə vurğulayıb. Nazir müavini həmçinin birlikdə görüləcək işlərin vacibliyindən bəhs edərək, iki ölkənin birlik rəmzinin hər gün biraz daha sübut olunacağını vurğulayıb.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirçi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazi universitetinin rektoru Musa Yıldız, TDMMB Ankara Mərkəz şöbəsinin rəhbəri Murad Koru və digər iştirakçılar konfransda çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, gələcək planlar haqqında danışıblar.
Sonda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar