Xəbər lenti
Azərbaycanın Əməkdar artisti vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.
Manevr.az bildirir ki, bu barədə apa-ya teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.
O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.
A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
"Sehirli xalat”, "Yeddi oğul istərəm”, "Aktirsanın təbəssümü”, "Şir evdən getdi”, "Cavanşir” və başqa filmlərdə çəkilib.
Allah rəhmət eləsin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar