Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Bəstəkar Tahir Əkbərə efir qadağası qoyulub

Tarix: 29-01-2017 16:45     Baxış: 5517 A- / A+
Bəstəkar Tahir Əkbərə efir qadağası qoyulub


“Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub”

Bunu Əməkdar incəsənət xadimi, tanınış bəstəkar Tahir Əkbər deyib. Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

“Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıclıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə, həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var”,- T.Əkbər deyib.

Bəsətkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib: “Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyacanlana bilərsən”. azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar