Xəbər lenti
Xalq artisti məhkəməyə verildi - 300 min manat təzminat...
ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məliki məhkəməyə verib.
Bu barədə ADO teatrının meneceri Kamal Aken məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub: “Biz həmçinin Ramiz Məliklə yanaşı həmin teatrın rejissoru Əlif Cahangiri də məhkəməyə vermişik. ADO teatrının rəhbəri və əməkdaşları Əlif Cahangirlinin təhdidləri ilə üz-üzədir. Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.
Kamal Aken aktyor Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirdiyini vurğulayıb: “Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib.”
ADO onların ünvanına təhqiramiz fikirlər səsləndirdiyinə görə, qarşı tərəfdən təzminat da tələb edib: “Məhkəmə iddiasında “üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır.”AzNews.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar