Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağstafa Regional Mədəniyyət İdarəsi 15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi -ŞƏKİLLƏR

Tarix: 15-06-2020 18:48     Baxış: 31 366 A- / A+
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi


Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsi 15 iyun-Milli Qurtuluş günü münasibətilə “Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əıiyev Fondunun rolu gənc mədəniyyət könüllülərinin gözü ilə” mövzusunda videokonfrans keçirdi.
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi

Manevr.az xəbər verir ki, rayonlar üzrə nümayəndələrin, müəssisə rəhbərlərinin və mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətinin və xalqının taleyindəki misilsiz xidmətlərini qeyd etdi. Natiq bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və o vaxtkı hakimiyyətin xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Vüqar Qədirov çıxışında Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan, ordu quruculuğundan, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, gənclərə dövlət dəstəyinin ən yüksək səviyyədə təmin olunmasından, xarici siyasətdə qazanılan uğurlardan və s. danışaraq bu günkü müasir, güclü Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bildirdi.

Bu siyasəti uğurla davam etdirəm Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qarşıya qoyulan strateji hədəfləri prinsipiallıqla və uzaqgörənliklə həyata keçirdi. O cümlədən,Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi istər Azərbaycanda, istərsə də Azərbaycanın mənafeyini həyata keçirən beynəlxalq layihələrin dəstəklənməsində gördüyü işlər, misilsiz xidmətlər bu gün göz önündə olmaqla bərabər Azərbaycana böyük başucalığı və hörmət gətirməkdədir. Heydər Əliyev Fondunun Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə göstərdiyi diqqət və qayğı, uşaq evlərinə, qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bu gün hər bir vətəndaş tərəfindən müsbət qarşılanır.

Heç şübhəsiz, Mehriban Əliyevanın Birinci Vitse-Prezident kimi fəaliyyətə başlayandan sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı islahatlara prinsipiallıqla dəstək verməsi onu deməyə əsas verir ki, doğrudan da Azərbaycan yeniləşən dünyada özünəməxsus yeri və rolu olan bir dövlətə çevrilməklə bərabər, bu siyasətin uğurlu nəticəsi kimi artıq Cənubi Qafqazın ən güclü, qüdrətli dövlətinə çevrilmişdir.

Mehriban xanım Əliyevanın istər könüllülük fəaliyyətinin inkişafında, istər Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin dünya miqyasında təbliğində YUNESKO VƏ İSESKO-nun Xoşməramlı Səfiri kimi hər iki mötəbər qurumda Azərbaycanın qədim milli adət-ənənələrinin, qeyri-maddi irsinin, mədəniyyət abidələrinin qorunmasında və qorunan abidələr siyahıya salınmasında göstərdiyi xidmət də təbii ki, Azərbaycan dövlətinə və xalqına misilsiz sevgidən irəli gəlir.

Heydər Əliyev Fondunun bununla bərabər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi misilsiz xidmətlər, fəaliyyət də bu gün gənc mədəniyyət işçiləri tərəfindən olduqca yüksək qiymətləndirilir.

Biz bilirik ki, 2020-ci ildə bütün dünya qlobal pandemiya ilə üz-üzə qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezidentimiz Mehriban Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan istər qonşu dövlətlərlə, istərsə də bir sıra dünya ölkələri ilə müqayisədə çox çevik, prinsipial addımlar atdı və bunun nəticəsidir ki, bu gün Azərbaycanda epidemiya nəzarət altında saxlanıla bilir.

Tədbirdə o cümlədən, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Tovuz, Qazax və Ağstafa rayon Heydər Əliyev Mərkəzlərinin direktorları: Humay Aslanova, Ceyhunə Hüseynova, Ləman Cəlilova çıxış edərək Heydər Əliyev irsinin, Azərbaycançılıq ideologiyasının təbliğində mərkəzlərin gördükləri işlərdən söz açdılar, pandemiya dövründə həyata keçirilən virtual tədbirlərdən, hazırlanan videoçarxlardan, digər rayonların Heydər Əliyev Mərkəzləri ilə virtual əməkdaşlıq əlaqələrindən və Mərkəzlərə təşkil edilmiş ekskursiyalardan geniş bəhs etdilər.

Manevr.az

Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi  15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar