Xəbər lenti
Qənirə Paşayeva teatrşünas Anar Burcəliyevlə görüşdü

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri Anar Burcəliyevlə görüşərək onunla geniş fikir mübadiləsi edib.
Manevr.az-ın məlumatına görə, teatrşünas-tənqidçi Anar Burcəliyev ilk öncə səmimi qəbul üçün millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya təşəkkürünü bildirirək, yeni nəşr olunan kitablarını ona təqdim edib. Daha sonra region teatrlarında yaradıcılıq məsələləri, cari repertuar siyasəti, kadr potensialının çatışmamazlığı eləcə də yeni gənc kadr heyətinin cəlb edilməsi, Bədii şuraların fəaliyyəti, rejissor və aktyor mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Teatrşünas-tənqidçi Anar Burcəliyev müzakirə edilən məsələlər ətrafında təkliflərini millət vəkili Qənirə Paşayevanın diqqətinə çatdırıb.
Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.
Qənirə Paşayeva teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyib və Milli məclisin Mədəniyyət komitəsi olaraq bu sahədə aparılan təbliğat və təşviqat sahəsində atılan bütün addımlarda uğurlu layihələri dəstəklədiyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar