Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirib

Tarix: 27-05-2020 13:22     Baxış: 4545 A- / A+
Millət vəkili Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirib

Millət vəkili Qənirə Paşayeva 28 May Respublika günü münasibətilə Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya çərçivəsində 400-ə yaxın gəncə tariximizə və mədəniyyətimizə dair maraqlı kitablar hədiyyə edib.

Manevr.az-ın məlumatına görə, Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda yaşayan gənclər üçün “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirib. Tovuz Gənclər Evi, Düz Qırıqlı Musiqi məktəbini, bir sıra kənd məktəblərini əhatə edən və Cümhuriyyət Gününə həsr olunmuş aksiya çərçivəsində gənclərimizə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi ilə kitablar hədiyyə olunub. Kitablar Azərbaycan tarixini özündə əks etdirən əsərləri, romanları, tanınmış yazarların əsərlərini, mədəniyyətimizə dair əsərləri əhatə edir. Hər zaman gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran millət vəkili Qənirə Paşayeva “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyib və bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır. Uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar deyən Qənirə Paşayeva onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini dərindən öyrənməlidir.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda gənclərimizi Cümhuriyyət günü münasibətilə təbrik edib və dünyada pandemiya olan koronavirusdan qorunmaq üçün onlara tibbi-gigiyenik vasitələr də hədiyyə edib. Tovuz Gənclər Evinə millət vəkili Q.Paşayeva tərəfindən hədiyyə edilən 300 maska Tovuz Gənclər Evinin könüllüləri tərəfindən insanlara hədiyyə edilib və onlarla koronavirus pandemiyasından qorunmaq üçün maarifləndirici söhbətlər də aparıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar