Xəbər lenti
Ağstafada "Şuşasız 28 il" mövzusunda elmi - virtual konfrans keçirilib -ŞƏKİLLƏR
Ağstafa Regional Mədəniyyət İdarəsi “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə Şuşa rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş "Şuşasız 28 il" mövzusunda elmi - virtual konfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsinin “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə Azərbaycanın musiqi beşiyi Şuşa rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş " Şuşasız 28 il" mövzusunda keçirdiyi videokonfransda Qarabağ həqiqətlərinin və milli-mədəni irsimizin virtual məkanda təbliği, tarix və mədəniyyət abidələrimizə diqqət və qayğının artırılması əsas müzakirə mövzusu oldu. Konfransda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, “Virtual Qarabağ” İKT Mərkəzinin rəhbəri Nürəddin Mehdiyev, regional idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisələrin rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.
100 nəfərin iştirakı ilə reallaşan videokonfransı giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov videokonfransda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, havadarlarının dəstəyilə 20 %- dən artıq torpaqlarımızın işğal olunmasını, 1 milyondan artıq soydaşlarımızın öz dədə - baba torpaqlarından zorla qovularaq qaçqınlara və məcburi köçkünlərə çevrilmələri, Azərbaycanın qədim tarix və mədəniyyət abidələrimizin bir hissəsinin vandalizmə uğradıldığını, bir hissəsinin isə üzərində saxtalaşdırma siyasəti aparılaraq erməniləşdirildiyini bildirdi. İşğal olunmuş Azərbaycan ərazilərində qeyri- qanuni məskunlaşdırma aparıldığını, qədim milli musiqi sənətimizin, milli mətbəximizin və s. oğurlanılaraq öz adlarına çıxmağa cəhd etmələrinin bütün beynəlxalq hüquq normalarını tapdalaması kimi qəbul edildiyini bildirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prinsipial və vətənpərvər siyasəti nəticəsində silahlı qüvvələrimizin düşmən üzərində əzici gücə malik olduğunu vurğuladı.
“Virtual Qarabağ” İKT Mərkəzinin rəhbəri Nürəddin Mehdiyev təmsil etdiyi “Virtual Qarabağ” İKT mərkəzinin fəaliyyəti barədə danışaraq Qarabağ həqiqətlərinin internet məkanında tanıdılması istiqamətində apardığı işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməyin vacibliyini qeyd etdi.
Tədbirdə həmçinin idarənin mətbuat katibi Xəyal Nağıyev, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, Ağstafa MKS-nin direktoru Solmaz Nağıyeva, Qazax rayon 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Leyla Məmmədova çıxış edərək, Azərbaycanda Xalq-Prezident birliyindən, xalqın hər zaman öz Prezidentinin yanında olmasından danışdılar. Qeyd olundu ki, inkişafı, sabitliyi, tərəqqini təmin edən amil ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir və tezliklə düşmən tapdağında olan torpaqların cənab Ali Baş Komandanın rəhbərliyi və qətiyyəti ilə azad ediləcəyindən əmindirlər.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar