Xəbər lenti
Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi

Manevr.az xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağcabədi rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 26 fevral Xocalı faciəsinin ildönümü günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan MKS-inin direktoru Məhəbbət Əliyeva Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.
Digər çıxış edənlər Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı Fərmanla həmin günün xalqımıza qarşı törədilmiş soyqırımı aktı kimi qeyd edilməyə başlandığını vurğulayıblar.
Məktəbli oxucuların ifasında Xocalı faciəsinə həsr edilmiş şerlər, bayatılar səsləndirildi və sonda Xocalı faciəsinə həsr edilmiş video-çarx nümayiş olundu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar