Xəbər lenti
Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər -ŞƏKİLLƏR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər.

Kitabxanadan Manevr.az-a verilən məlumata görə, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən...” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr olunmuşdur.

Pərixanım Mikayılqızı (Muradova) müəllifi olduğu “F.B.Köçərli: “Ümmətdən-millətdə doğru” kitabının on nüsxəsini hədiyyə etdi. Müəllif ədibin “Əsərləri” kitabını transliterasiya edərək, onu kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirmişdir.

Tanınmış uşaq yazarı, şair Gülzar İbrahimova da kitabxanaya yaxın günlərdə işıq üzü görmüş «Как подружились сказки» kitabının on nüsxəsini kiçik oxuculara hədiyyə etdi.
Kitabxana qələm sahibləri ilə sıx əlaqə saxlayır və yeni nəşr olunmuş kitabların təqdimatını keçirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar