Xəbər lenti
Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

Bu gün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi.
Manevr.az xəbər verir ki, tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazıları toplanmışdır. Kitabda həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də, yer almışdır. Kitab maraqla qarşılanmışdır.
Tədbirdə direktor müavini Könül Vəliyeva, çıxış edərək, müəllifin şəxsi keyfiyyətlərinin yazıları ilə tarazlıq təşkil etdiyindən danışdı, ona yaradıcılıq uğurları arzuladı. Şöbə müdiri Təranə Heydərova, Q.Musabəyov adına 3 №-li kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva, böyük metodist İradə Hüseynova və b. müəllifin yazılarını daim izlədiklərini bildirdilər.
Sonda Pərvanə Bayramqızı tədbir iştirakçılarının diqqətini yüksək qiymətləndirərək bildirdi ki, nail olduğu uğurlar onun üçün yaradıcılıq stimuludur. O, hazırda faktiki materiallara əsaslanan yeni məqalələr üzərində işlədiyini, yazılarının mövzu rəngarəngliyinə, ictimai əhəmiyyətinə görə tanınmış qələm adamlarının diqqətini çəkdiyini söylədi. Müəllif “Yaza bilməyən yazıçı” sərlövhəsinin kəsb etdiyi mənanı açıqladı.
Müəllif imzalı kitablarını tədbir iştirakçılarına və kitabxanaya hədiyyə etdi.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar