Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR

Tarix: 30-01-2020 22:10     Baxış: 4675 A- / A+
Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR


Bu gün Xalq artisti Elxan Əhədzadənin doğum günüdür.

Manevr.az kulis.az-a istinadən sənətçi haqqında maraqlı faktları diqqətinizə çatıdırır.

Elxan Əhədzadə 1948-ci il, yanvarın 30-da Bakıda musiqiçi ailəsində anadan olub.

Gələcəyin məşhur sənətçisi olacaq Elxan Cəfər Cabbarlı adına kinostudiyanın nəzdində açılan kinoaktyorluq kursunda Adil İsgəndərovdan dərs alıb. İki il sonra Rus Dram Teatrında aktyor kimi də fəaliyyətə başlayıb və bir neçə tamaşada maraqlı obrazlar canlandırıb.

Ali məktəbə gec qəbul olub. İncəsənət İnstitutunun musiqili teatr aktyorluğu fakültəsinə daxil olanda Elxanın 24 yaşı vardı. Təhsil ocağında gələcək həyat yoldaşı olacaq qızla tanış olub.

Cütlüyün evlilikləri cəmi 2 il çəkib. Səbəbi isə sevib ailə qurmayıblar. Qız hamilə olduğundan Elxan məcburiyyətdən evlənib. Çünki işin üstü açılsaydı, institutdan qovula bilərdi. Oğullarının 1 yaşı olanda ayrılıblar.

Sənətkarın həyatı yaradıcılığından daha təzadlı, qeyri-adi faktlarla zəngindir. Zahirən sərt, soyuq təsir bağışlayan Elxan Əhədzadə əslində ürəyiyumşaq, mülayim, gənclərə kömək etməkdə həvəsli olduğu bilinib.

Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir.

Səhnədə yaratdığı obrazlarla diqqət çəkən sənətkar həm də yaşından çox gənc görünürdü. Bəlkə də bu səbəbdən onun ikinci evliliyi özündən 28 yaş kiçik xanımla oldu.

Elxan Əhədzadə sevdiyi qıza heç cür yaxınlaşa bilmirdi. Yaş fərqinə görə cəsarət edə bilmirdi. Onda qızın 22 yaşı, Elxanın isə 50 yaşı vardı. Özünü toparlaya bilən sənətkar qızgilə elçi gedir. Səbinə xanım da onu sevir. Bir faktı da qeyd edək ki, Elxan qayınatasından da 11 ay böyük olub.

Cütlüyün münasibətləri rəsmiləşir, ancaq toy keçirilmir. Səbəbsə sənətkarın ikinci dəfə ailə həyatı qurmasıydı.

56 yaşında ikinci dəfə ata olan Elxan Əhədzadə arzusuna uyğun olaraq, uşağa ya Raul, ya da Rafael adı qoyulmalıydı. Yekunda Rafael adı seçilir.

2006-cı ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür.

Elxan Əhədzadə nə qədər gümrah, sağlam olsa da get-gedə səhhətində problemlər yaranmağa başlayır. Bütün bunlara səbəb isə onun gözündən əməliyyat olunması olur. Sənətkarda hepatit C virusu aşkarlanıb.

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti xəstəxanaya getməkdən imtina edir və 2010-cu il, oktyabrın 8-də dünyasını dəyişir.

Elxan Əhədzadənin dəfn mərasimində birinci həyat yoldaşı və böyük oğlu iştirak etmirlər. Hətta mərasimdə onun sənət yoldaşları da olmur.

Ailəsi onun Fəxri Xiyabanda dəfn olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, cavab yaxşı olmur. Nazirlik cavabında deyir ki, hər xalq artistini orada basdırsaq, yer qalmaz. Beləliklə də ailəsi onu Xırdalanda - anasının ayağı altında dəfn edirlər.

Manevr.az

Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR
Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR
Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR
Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR
Qayınatasından yaşca böyük olan Xalq artisti - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar