Xəbər lenti
Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 1-də görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operası nümayiş olunacaq.
Manevr.az Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, səhnə əsərində Azərbaycanın opera ustaları ilə yanaşı, Almaniya, Rusiya və Gürcüstandan dəvət olunmuş tanınmış sənətkarlar da iştirak edəcəklər.
Operanı idarə etmək üçün Almaniyanın Ştutqart Opera və Balet Teatrının baş dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Mixail Aqrest dəvət olunub.
Operada əsas partiyalardan biri - Kanio partiyasını Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.
Tonio rolunu Rusiya Böyük Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andjey Beletski canlandıracaq.
Səhnə əsərində, həmçinin Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) çıxış edəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar