Xəbər lenti
Azərbaycan səhnəsinin gözəllik pərisi - Leyla Bədirbəyli - VİDEO

1945-ci ildə Rza Təhmasib "Arşın Mal Alan" filminə çəkilməyə "Gülçöhrə" rolu üçün gözəl xarici görünüşə malik qız axtarır. Üzeyir Bəy Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir və beləcə, Azərbaycan səhnəsində "Gülçöhrə" parlayır... Bu gün əməkdaşlarımız görkəmli sənətkarımız Leyla Bədirbəylinin bacısı Ofeliya xanımın qonağı olublar...
İosif Stalinin "Qafqaz gözəli", Səməd Vurğunun "Allı-güllü Leyla" çağırdığı bu xanım həm də Azərbaycan qadınının simvoluna çevrilib. Səhnəyə rəqsləri ilə addım atıb və oynadığı rolları ilə yaddaşlarda qalıb.
82 yaşlı Ofeliya Bədirbəyli böyük bacısı haqqında danışanda göz yaşlarını tuta bilmir. Deyir ki, Ulu öndər Heydər Əliyev Leylanı çox sevirdi, qadınlar arasında ilk dəfə "Şərəf" ordenini də ona məhz Heydər Əliyev verib. Ofeliya Bədirbəyli həmçinin Stalinin də Leyla Bədirbəyliyə xüsusi rəğbətinin olduğunu deyib.
Leyla Bədirbəylinin həyat yoldaşı xaricdə avtomobil qəzasına düşüb. Heydər Əliyev təyyarə göndərib onun meyidini Azərbaycana gətirdib. O çox sevdiyi həyat yoldaşını qəzada itirdikdən sonra həyata küsüb və özünə qapanıb. Və ömrünün 80-ci ilində dünyaya gözlərini yumub..
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar