Xəbər lenti
Aşıqlar da vergi verəcəklər - Uçota alınacaqlar
“2017-ci ildən sonra isə yəqin ki, ölkədə fəaliyyət göstərən bütün aşıqlar uçota alınacaq”.
Manevr.az xəbər veriri ki, bu sözləri Gununsesi.info-ya Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru Məhərrəm Qasımlı aşıqların sadələşdirilmiş vergiyə cəlb edilməsinə münasibət bildirərkən deyib.
M.Qasımlı qeyd edib ki, aşıqların vergiyə cəlb olunması 2017-ci ildən etibarən həyata keçiriləcək: “Vergilər Nazirliyi yəqin ki, bununla bağlı bizilmə iş aparacaq. Onun əsasında da aşıqlarla bağlı müqavilələr bağlanacaq. 2016-cı ilədək aşıqların vergiyə cəlb edilməsiylə bağlı hər hansı sərəncam və ya göstəriş yox idi. Verilən qərar yeni ildən aşıqlara da tətbiq ediləcək. 2017-ci ildən sonra isə yəqin ölkədə fəaliyyət göstərən bütün aşıqlar uçota alınacaqlar. Aşıqlar da siyahıda adı çəkilən peşə sahibləri kimi tələb olunan vergini ödəyəcəklər. Yəqin ki, bunda da problem olmaz. Bir şeyi ki, dövlət tələb edir, ona uyğun da hərəkət etmək lazımdır”-deyə, o, bildirib.
Qeyd edək ki, dekabrın 14-də vergilər naziri Fazil Məmmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəslərinin birgə iclasında Vergi Məcəlləsinə 220.10 və 220.12 maddələrinin ələvə edilməsi barədə məlumat verib. Nazir bildirib ki, Məcəllədə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Bu cür fəaliyyət növləri ilə məşğul olanlar, eləcə də fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərən hər kəs ayda 30 manat həcmində vergiyə cəlb olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar