Xəbər lenti
Rəşid Behbudov irsini kimlər mənimsəyib? - AÇIQLAMA
Bu gün Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi Youtube kanalının iki ili tamam olub. Kanal Rəşid Behbudov Fondu tərəfindən yaradılıb. Kanalı fondun bədii rəhbəri Rəşidə Behbudova və direktoru Kamil Şahverdi idarə edir.
Manevr.az-ın məlumatına görə, Kamil Şahverdi kanalın hansı zərurətdən yaradılması haqqında danışıb. Bildirib ki, müasir dövrdə sosial şəbəkələrin rolunu nəzərə alaraq, Rəşid Behbudov irsinin gələcək nəsillərə Youtube vasitəsilə daha keyfiyyətli şəkildə çatdırmaq məqsədilə bu kanalı yaratmağa qərar veriblər.
“Qısa zaman kəsiyində kanalı ziyarət edənlərin sayı 3 milyon nəfərə yaxındır. Bunu da qeyd edək ki, kanalı 70-ə yaxın ölkədə izləyirlər. Çox maraqlıdır ki, kanal doğma vətənimiz və qardaş ölkə Türkiyədən sonra Rusiya, ABŞ, Almaniya, Qazağıstan, Ukrayna, Kanada, İngiltərə və İsraildə sevilir və maraqla izlənilir”.
Kamil Şahverdi daha sonra bildirib: "Bir məsələni də xüsusi olaraq qeyd edim ki, kanalı yaradanda düşünürdük ki, Rəşid Behbudova daha çox yaşlı nəsil baxacaq. Amma biz bunun tam əksini gördük. İstəyirəm ki, sizə bir statistik göstəricini təqdim edim. Kanalı izləyənlərin yaş həddi belədir:
1. 18-34 yaş arası 61 %
2. 35-44 yaş arası 15%
3. 45-54 yaş arası 9%
4. 13-17 yaş arası 3,6%
Bunu da qeyd edim ki, kanala indiyə qədər cəmi 90 video yüklənib. Bu əlimizdə olan materialların cüzi bir hissəsidir. Digər materialların müasir texnoloji tələblərə uyğunlaşdırılması üzərində işlər gedir və hazır olduqca hər həftə bir əsər paylaşılacaq”.
Kamil Şahverdi söhbət zamanı çox ciddi problemlərin olduğunu da vurğulayıb.
”Biz bu kanalı yaradanda elə bilirdik ki, hər şey qaydasında olacaq. Amma sonradan gördük ki, dəhşətli mənzərə yaranıb. Təsəvvür edin ki, ən məşhur dünyəvi musiqi platformalarında (Apple music, Spotify, Shazam, SoundCloud, Amazon, Yandex music və s.) Rəşid Behbudovun mahnıları yerləşdirilib. Maraqlıdır ki, dünyanın bir çox ölkələrində bəzi şirkətlər Rəşid Behbudovun ifalarına qanunsuz olaraq lisenziyalar əldə edərək, qeyri-qanuni şəkildə bu platformalarda satış həyata keçirirlər. ABŞ, İngiltərə, Hollandiya, Rusiya, Yunanıstan, Polşa və digər ölkələrdə qeydiyyatda olan bu şirkətlərin Rəşid Behbudovun ifalarına lisenziyanı hansı yollarla əldə etmələri bizə məlum deyil. Bu bir yana, əsas problemlərdən biri də budur ki, bu mahnıların adları dəyişdirilir, müəlliflərin adları saxtalaşdırılır və Azərbaycan musiqi mədəniyyətinə ağır zərbə vurulur".
Kamil Şahverdi bütün bunlarla bağlı bildirib ki, sözügedən məsələlərin həlli üçün artıq Azərbaycan Respublikasının aiddiyyatı qurumlarına müraciət olunub və rəsmi sənədlər təqdim edilib. Rəşid Behbudov Fondunun direktoru əminliklə vurğulayıb ki, Azərbaycan dövlətinin dəstəyi ilə yaxın zamanda bu məsələlər həllini tapacaq və ədalət bərpa olunacaq.
“Bu problemlər öz həllini tapandan sonra "Rashid Behbudov Official" Youtube kanalı daha dinamik inkişaf mərhələsinə qədəm qoyaraq dünyəvi meqa kanala çevriləcək və Azərbaycan musiqi mədəniyyətini bütün dünyada daha geniş təbliğ edəcək”.
Kamil Şahverdi xüsusi olaraq əsl musiqiyə dəyər verməyi bacaran bütün oxucuları, Rəşid sevərləri "Rashid Behbudov Official" Youtube kanalına abunə olmağa və kanalda paylaşılan mahnılarda öz fikirlərini paylaşmağa dəvət edib. O bildirib ki, hər bir abunəçi və onların fikirləri Fond üçün dəyərlidir.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar