Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Opera"dan Qasımova bacılarına şok cavab: “Teatra ən yaxşı cins atlar göndərilir...”

Tarix: 13-12-2019 18:25     Baxış: 4398 A- / A+
"Opera"dan Qasımova bacılarına şok cavab: “Teatra ən yaxşı cins atlar göndərilir...”

Xalq artisti Xuraman Qasımova Opera və Balet Teatrının rəhbəri, əməkdar incəsənət xadimi Akif Məlikovun ünvanına bəzi ittihamlar səsləndirib.

Manevr.az xəbər verir ki, teatrın mətbuat xidmətindən məsələyə münasibət bildirilib.

Mətbuat xidmətinin açıqlmasında deyilir: “Müsahibədə Xuraman Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Qasımova bildirir ki, onu və bacısını "cavan qız ikən" teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman Fidan Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), Xuraman Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulub) var idi. Həm də onlara heç kəs Operada çıxış etməyi qadağan etməmişdi, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçirilmişdilər.

Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Nigar Şabanovanın bəyanatına gəldikdə, o, artıq öz cavabını alıb, ona cavab verən xalq artistlərini heç kəs məcbur edib efirə göndərməmişdi, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəmişdilər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün teatr rəhbərliyi hər cür şərait yaradır.

Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüşlər, səsləri dünyanın mötəbər teatr və konsert salonlarından eşidilir.

Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, Opera və Balet Teatrının səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir.

Xuraman Qasımovanın daha bir ittihamı haqqında: "Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur". Əgər Qasımova 2005-ci ildən bu yana teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə, onlar təkrarən teatra gələrlərmi? Fikir söyləmək üçün Teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.

Xuraman Qasımova "Koroğlu" tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. "Koroğlu" operasının hər bir tamaşası "Mədəniyyət" kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyat dolu fikirdir. Bu at teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür. Qeyd etmək lazımdır ki, hər dəfə teatra ən yaxşı cins atlar göndərilir.

Daha bir ağ yalan: "teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır". Qasımovaya demək istəyərdik ki, teatr nəinki Sumqayıtdan kənara çıxmır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur.

Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə - Rusiya Böyük Teatrı, Sankt-Peterburqun Marinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet teatrları, Fransa, Almaniya, Qətər və sair ölkələrdə çıxış etmiş və etməkdədir.

Teatrın ayrı-ayrı solistlərinin fərdi və qrup halında çıxışlarının coğrafiyası isə daha genişdir. Afaq Abbasova. Fidan Hacıyeva, Samir Cəfərov, Mənsum İbrahimov, Təyyar Bayramov və başqaları İtaliya, Fransa, Almaniya, Belçika, Avstriya, Çin, ABŞ, Koreya, Böyük Britaniya, Slovakiya və onlarla başqa ölkələrdə çıxış edirlər. Bu gün teatrın dirijorları Əyyub Quliyev, Yalçın Adıgözəlov, Orxan Həşimov dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar.

Teatrın baş rejissoru Hafiz Quliyev Türkiyə, Rusiya, Çin, Belarus, Bolqarıstanda Azərbaycan klassiklərinin əsərlərini səhnəyə qoyur. Baş baletmeyster Kamila Hüseynova və dirijor Yalçın Adıgözəlov hazırda Türkiyədə F.Əmirovun "Nəsimi" baletinin quruluşu üzərində çalışırlar.

Uzun illər bundan əvvəl Azər Rzayevin Teatrda direktor olduğu zamankı qastrolların siyahısını da açıqlaya bilərik: Saratov, Voronej, Omsk, Həştərxan və s. Həm də bunlar A.Rzayevin xidmətləri olmayıb, o zamanki vahid SSRİ məkanında SSRİ Mədəniyyət Nazirliyi tərəfindən respublikalar arasında mədəni mübadilə çərçivəsində baş tutan tədbirlər idi.

Xuraman Qasımovanın daha bir fikri: "mənim tələbəmi teatra işə götürürlər, kağıza imza atdırırlar ki, sən demə ki, Xuramanın tələbəsisən". Faktlarla danışmaq lazımdır, xanım. Hansı tələbə belə bir kağıza imza atıb? O nəyisə səhv salıb: teatra işə qəbul edilərkən, işçilər əmək müqaviləsinə imza atırlar, başqa heç bir sənədə.

Ümumiyyətlə, başdan-başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə Xuraman Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz.

Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri bu teatrın daimi tamaşaçıları çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.

Qeyd edək ki, Xuraman Qasımova "Axşam.az" saytına müsahibəsinə teatr rəhbərliyi haqqında bəzi ittihamlar səsləndirib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar