Xəbər lenti
Yaqub Mahmudov “Dostluq” medalı ilə TƏLTİF EDİLDİ
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Tarix İnstitutunun və Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tarixin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Manevr.az xəbər verir ki, Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” müvafiq Sərəncamına əsasən baş tutan tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, Almaniya və Gürcüstandan olan alimlər də iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən müəssisənin direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simens qardaşlarının respublikamızdakı fəaliyyəti barədə məlumat verib.
Y.Mahmudov alman koloniyalarının ölkəmizdə bir çox sahədə olduğu kimi, əlvan metallurgiyanın da inkişafına ciddi təsir göstərdiyini vurğulayıb. Akademik həmçinin Almaniya arxivlərindən ölkəmizə dair bir sıra tarixi sənədlərin kataloqlarının gətirildiyini bildirib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, almaniyalı professor Oskar Valter, gürcü alim Simon Kopadze və digərləri də çıxış edərək, iki ölkə arasında əlaqələrin və münasibətlərin dərin köklərə malik olduğunu söyləyiblər.
Daha sonra Ç.Abdullayev Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını Yaqub Mahmudova təqdim edib.
Sonda yazıçı Orxan Arasın “Mavi gözlərin eşqi” və alimlər Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın “Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının təqdimatı olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar