Xəbər lenti
Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

İsrailin Azərbaycan Respublikasındakı Səfirliyi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasına yəhudi şairi Raxel Bluvşteyn-Selanın kitablarını hədiyyə etdi. Kitabda şairin Azərbaycan və ibri dillərində 25 şeiri nəşr olunmuşdur. Ön sözün müəllifi İsrailin Azərbaycandakı səfiri Dan Stav qeyd edib ki, İsrail xalqının mənəvi dəyərlərini qoruyub saxlaması və qiymətləndirməyi üçün Raxel yaradıcılığının İsrail mədəniyyətinin bir hissəsi kimi qorunması çox əhəmiyyətlidir.
1890-cı ildə Rusiyanın Saratov şəhərində anadan olan Raxel sonralar İsrailin Rehovot şəhərinə köçmüşdür. Birinci Dünya müharibəsi illərində xəstəlik tapan şair 16 aprel 1931-ci ildə dünyasını dəyişib. Onun ölümünə bir çox şeirlər həsr olunmuşdur. İbri ədəbiyyatının məşhur şairlərindən biri olan Xaim Naxman Byalik onun haqqında söyləmişdir ki, “poeziyasının qüvvəsiylə dünyasını dəyişən şairə Raxelin şeirlərində sanki fədakarlığa qurban gedənlərin səsi vardı”.
Raxelin bir çox şeirlərinə mahnılar da bəstələnib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar