Xəbər lenti
“Yaradıcı oxucularımız” layihəsinin növbəti qonağı
“Yaradıcı oxucularımız” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fəal oxucusu Nuray Fərzəliyevanın (Nuray Araz) yeni yazısını oxucuların diqqətinə təqdim edirik. Qeyd edək ki, Nuray Arazın bundan əvvəl də kitabxananın saytında müxtəlif mövzularda yazıları dərc edilib.
Hər kəs öz uğurunun memarıdır
Mən uğuru bar verən ağaca bənzədirəm. Biz ağaca qulluq edir, böyüdürük və sonda ağac barı ilə bizi mükafatlandırır. Eyniylə hansısa bir işi gördükdən sonra qazandığımız o uğur tək. Uğur da bizim gördüyümüz işin, çəkdiyimiz əziyyətin bəhrəsidir. Hər kəs uğur qazanacaq gücə sahibdir, fəqət bunu hamı bilmir. Bəs nədir səbəb? Qorxu. Bəli, qorxu. Qorxurlar addım atmaqdan, başlamaqdan qorxurlar və bu qorxu onlara özlərində olan bacarığı, potensialı üzə çıxarmağa imkan vermir. Sonda isə uduzan yalnız onlar olur. Uğur haqqında oxuduğum bir məqalədən bir hissəni sizinlə paylaşmaq istəyirəm. “Sizə bir sual verim ? Sizcə dünyanın ən zəngin yeri haradır? Amerika deyil, Avropa deyil. Dünyanın ən zəngin yeri qəbirstanlıqdır. Çünki orada kəşf olunmamış ixtiralar, söylənməmiş fikirlər və bəlkə də dünyanı dəyişdirəcək gücə sahib olan düşüncələr yatır”. Həmin fikir və düşüncələri daşıyan insanların da bəziləri öz fikirlərini deməkdən, məğlub olmaqdan, uğur qazana bilməməkdən qorxmuşlar. O insanlar da uğursuzluqdan çəkinərək qətiyyətli olmamış, onlara uğur gətirəcək ideya və əməlləri özləri ilə məzarlarına aparmışlar. Bununla da həyatı deyil, qəbirstanlığı zənginləşdirmişlər. Unutmaq lazım deyil ki, həyat uğuru gözləyənlərlə deyil, uğuru qazananların lehinədir. Zaman özünə inanmayan, bir küncdə oturan, içindəki yatmış bacarığı oyatmayanların əlehinə işləyir. Heç kim bizim əlimizdən tutub o mənsəbə aparmayacaq. Bu həyatda nə qazanacayıqsa özümüz qazanacağıq. Hər kəs öz uğurunun memarıdır. Hər bir kəs özü öz uğurunu inşa edir, yaradır və sonda necə deyərlər əksəriyyət tərəfindən rəğbətlə qarşılanaraq sevilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar