Xəbər lenti
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan şeir müsabiqəsinin Bakı şəhəri üzrə yekun turu keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan şeir müsabiqəsinin Bakı şəhəri üzrə yekun turu keçirilib.
Müsabiqədə Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yerli seçim turuna qatılan və yüksək bal toplayan istedadlı şagirdlər iştirak ediblər. Şagirdlərin ifasında Nəsiminin müxtəlif adda şerlərindən, qəzəllərindən nümunələr səsləndirilib, Münsiflər Heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilərək 3 qalib seçilib. Qaliblər Yasamal, Xəzər və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları Kazımlı Fatimə Ənvər qızı, İmamcanova Zəhra Rasim qızı və Sultanova Hökümə İlkin qızı eyni dərəcəli Diplomla, digər iştirakçılar isə Fəxri Fərman və hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar