Xəbər lenti
Soydaşımız Simax Şeyda “Qızıl sünbüllər” kitabını kitabxanalara hədiyyə etdi

Almaniyada yaşayan şair Simax Şeyda Azərbaycanın dilbər guşələrindən biri Oğuzda anadan olmuşdur. Uzun illərdir Vətəndən uzaqda – Almaniyada yaşayan şairin mütəmadi olaraq Azərbaycana gəlməsi, burada kitablarını nəşr etdirməsi artıq ənənəyə çevrilmişdir.
Simax Şeyda müəllifi olduğu yeni çapdan çıxmış “Qızıl sünbüllər” kitabını Yasamal rayon MKS-inə və bir neçə kitabxanalara hədiyyə etdi. “Qızıl sünbüllər” kitabı tanınmış uşaq şairinin sayca otuz üçüncü, uşaqlar üçün isə on üçüncü kitabıdır. “Qızıl sünbüllər” kitabı 50-dən artıq yanıltmac, beş mənzum nağıldan (“İki qardaş”, “Zərgərin oğulları”, “Xəzinə axtaran kişi”, “Gözəlim, Dəcəlim, Tənmbəlim” və “Qızıl sünbüllər”) ibarətdir.
Onun şeir və nağıllarında xalqımızın əməksevərliyi, insanların həyatı, Qarabağın başına gətirilən müsibətlər poetik şəkildə təsvir olunub. Tanınmış tənqidçi-alim Vaqif Yusifli Simax Şeydanı “mənzum nağıllar ustası” adlandırır. Oqtay Zülfüqarov, Nadir Əzimov və Xaliq Qədirov şairin şeirlərinə mahnı bəstələyiblər. Bir neçə şeirləri də “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”na daxil edilib.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar