Xəbər lenti
Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir olunur — VİDEO

Azərbaycanın məşhur messenatı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir.
Manevr.az xəbər verir ki, artıq ərazidə işlərə start verilib və təmirdən sonra malikanə əvvəlki görkəminə qaytarılacaq.
Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqların gətirilməsi nəzərdə tutulur.
2 mərtəbəli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı görkəminin necə olacağı da bəllidir.
Qeyd edək ki, xeyriyyəçinin vəfatından sonra 2-ci dünya müharibəsində bu evdə təxliyə hospitalı fəaliyyət göstərib və Qarabağ müharibəsindən sonra məcburi kökünlər bu evdə məskunlaşıb. Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar