Xəbər lenti
Sabirabad Mədəniyyət Mərkəzində Konstitusiya Günü münasibətilə tədbir keçirilib -ŞƏKİLLƏR
Bu gün Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşları və Mərkəzin nəzdində fəaliyyət göstərən “ilk tibbi yardım” kursunun üzvləri iştirak edibdir. Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov tədbiri açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişdir. 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında müdrik dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, Əsas Qanunumuzun ölkəmizdə demokratik,hüquqi dövlət quruculuğu üçün geniş imkanlar açdığını söyləmişdir. Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ağalar Ağammədov qeyd etmişdir ki, Müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Tədbirdə çıxış edən Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə Azərbaycan Respublikasının ilk Konstitusiyasının əhəmiyyətindən danışmış, onun yaradıcısı, görkəmli siyasi xadim Heydər Əliyevə Əsas Qanunlar külliyyatına sonsuz minnətdarlıq ifadə etmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar