Xəbər lenti
Uşaq yazarı Mehriban Nağıyeva məktəblilərin qonağı oldu -ŞƏKİL

Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 53 №-li tam orta məktəbdə uşaq yazarı Mehriban Nağıyeva ilə görüş keçirdilər. İştirakçılar yazıçının əsərlərindən hazırlanmış videoçarxı izlədilər.
Məktəbin müəllimi Lalə Nəsirova çıxış edərək uşaqlarla müəlliflərin görüşlərinin təşkil edilməyinin təqdirə layiq olduğunu söylədi. O bildirdi ki, görüş uşaqlar üçün yaddaqalan olacaq, məktəblilər onu uzun illər xoş təəssüratla xatırlayacaqlar. Kitabxananın böyük metodisti İradə Hüseynova yazıçının nağıl kitablarına oxucuların maraq göstərdiklərini söylədi. Tədbirdə müəllifin kitablarından, nağıllarına çəkilmiş rəsmlərdən ibarət sərgi nümayiş olundu.
Şagirdlərin ifasında Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili”, “Paxıl toyuq”, “Lovğa tülkü” nağılları əsasında hazırlanmış səhnəciklər göstərildi. Məktəbin müəllimi Mənsurə Əhmədova uşaqların nağılları dərindən mənimsədiklərini səhnəcikləri hazırlayarkən müşahidə etdiyini vurğuladı. Şagirdlər yazıçıya yaradıcılığı ilə bağlı müxtəlif suallar verdilər. Mehriban Nağıyeva çıxışında bildirdi ki, YouTube kanalında səsləndirilən “Paxıl toyuq” nağılı böyüklərin də xoşuna gəlmiş, çoxlu sayda baxış qazanmışdır.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar